ABŞ-ın dünyanın müxtəlif ölkələrində taksi fəaliyyəti ilə məşğul olan “Uber” şirkəti takstlərdə yeni tip koronavirusa (Covid-19) yoluxanlara kompensasiya ödəyəcək.
Lent.az-ın məlumatına görə, bunu şirkətin Birinci Vitse-prezidenti Endryu Makdonalda bildirib.
Koronavirusa yoluxan sürücü və sərnişinlər 14 gün ərzində kompensasiya ala bilərlər.
Xatırladaq ki, mərkəzi ofisi San-Fransiskoda yerləşən “Uber” 2009-CU İLDƏ YARADILIB. Hazırda şirkət dünyanın 100-dən çox şəhərində taksi xidməti təklif edir. “Uber” hər çağırış üçün taksilərdən 20 faiz komissiya alır.
CNN